Qarabağ veteranı Qarabağa girişinə qadağa qoyulduğunu deyir
Sizin brauzer HTML5-i dəstəkləmir
Mübariz Sadıqlı ona ilk qadağanın prezidentin Cəbrayılda açılışını etdiyi binadakı çəkilişdən sonra qoyulduğunu deyir: "Üç aya yaxın elə qaldı. Gedib danışdım, ləğv etdirdim. Üstündən iki ay keçəndən sonra Xankəndidə çəkiliş etdim ki, bu asfaltları söküb dağıdınca insanlara şərait qurun ki, işləyib dolansınlar".